PDF Oxu

Dünya

  • 3 912

Zaxarova heç vaxt sözü havaya demir...

Zaxarova heç vaxt sözü havaya demir...

...Mariya Zaxarova demişkən, siz elə bilirdiniz ki, biz bunları cavabsız qoyacağıq? Yəni, demək istəyirəm ki, sizə olar, bizə yox?

Budur, Rusiya Polşanın oxşar addımına cavab olaraq Polşa diplomatlarını ölkədən çıxarır.

Beləliklə, SİA-nın məlumata görə, “RİA Novosti” xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyi Rusiyanın cavab sanksiyalarını açıqlayıb: polşalı diplomatlar aprelin 13-dək Rusiyanı tərk etməlidirlər!

Yəni Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Varşavanın oxşar addımına cavab olaraq 45 polşalı diplomatı ölkədən çıxardığını təsdiqləyib.

“...Qarşılıqlılıq prinsipinə əsaslanaraq, Polşanın rus diplomatlarını ölkədən çıxarmaq üzrə qeyri-dost hərəkətlərinə cavab olaraq, biz də Polşa Respublikasının İrkutsk, Kalininqrad və Sankt-Peterburqdakı baş konsulluqlarının 45 əməkdaşını “persona non grata” elan edib, ölkədən çıxarırıq. Onlar aprelin 13-də günün sonuna qədər Rusiya Federasiyasını tərk etməlidirlər. Müvafiq nota Polşanın Rusiyadakı səfirinə təqdim edilib”.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir (...deyim ki, dəsti-xəttin Mariya Zaxarovaya məxsus olduğu heç bir şübhə doğurmur)

Qeyd edək ki, martın sonlarında Polşa hakimiyyəti 45 rusiyalı diplomatik işçini casusluqda ittiham edərək və onları “persona non qrata” elan edərək Polşadan qovub.

Deyim ki, bundan əvvəl Latviya, Litva, Estoniya, İspaniya, Almaniya, Fransa, İtaliya, Danimarka, İsveç, Sloveniya, Portuqaliya, Yunanıstan, Norveç, Lüksemburq, Xorvatiya, Avstriya, Monteneqro, Yaponiya və Finlandiya rusiyalı diplomatların ölkədən çıxarılmasını elan ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın xarici dövlətlərin qeyri-dost addımlarına bundan sonra da cavab verəcəyinə söz verib. O, həmçinin ölkədən çıxarılan rus diplomatların işlə təmin olunacağına da əmin edib.

Ağasəf Babayev

Digər xəbərlər