Türkiyə Qırmızı Aypara Cəmiyyəti Ramazan yardımları çərçivəsində uzun illərdir vətəndaş müharibəsinin davam etdiyi Yəməndə ehtiyacı olan 1000 ailəyə ərzaq bağlaması paylayıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Cəmiyyətin Yəməndə vəzifəli işçilərindən Məhəmməd ed-Dakam Hadramaut və Lahic vilayətlərinin hər birində ehtiyacı olan və kimsəsiz ailələrə 500 ərzaq bağlaması payladıqlarını söyləyib.
Dakam Ramazan yardımları çərçivəsində Yəməndə ehtiyacı olan ailələrə, yetimlərə və qaçqınlara 5 min ərzaq bağlamasının paylanacağını bildirib.
Yardımların Ədən, Lahic, Ebyen, Hadramaut, Taiz və Dali şəhərlərində paylanacağını bildirən Dakam yardım fəaliyyətlərinin Ramazan ayı boyunca davam edəcəyini vurğulayıb.
Türkiyə Qırmızı Aypara Cəmiyyəti Yəmənin müxtəlif bölgələrində ehtiyacı olanları ərzaq və geyim, xəstəxanaları isə dərman və tibbi ləvazimatla təmin edir.
Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilərlə hökumət qüvvələri arasında illərdir davam edən qarşıdurmalarda təxminən 377 min insan həyatını itirib. Dünyanın ən yoxsul ölkələri arasında yer alan Yəməndə vətəndaş müharibəsi səbəbindən ağırlaşan humanitar böhran dəhşətli ölçülərə çatıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...