Rus saytlarının yazdığına görə, bu gün ölkədə xarici agent axtarışı uğurla davam etdirilir. Məsələn, TASS xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyi bu günlərdə reper Faceni (əsl adı İvan Dremindir) xarici agent kimi ifşa edib. Amma türklər demiş nə yazıqlar ki, bu ifşa bir az geç həyata keçirilib. Belə ki, reper Facen ifşa olacağını duyaraq sivişib aradan çıxmağa imkan tapıb.
SİA bu barədə rus saytlarına istinad edir.
Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyinin iddiasına görə, Facen- İvan Dremin agent kimi tək işləmirmiş. Ümumilikdə nazirlik Dremin və keçmiş hüquqşünas Mark Feyqin də daxil olmaqla altı nəfəri media-xarici agentlərin reyestrinə daxil edib. Beləliklə, siyahıya həmçinin İrina Boruxoviç, Yekaterina Mayakovskaya, Andrey Filimonov və Dmitri Dubrovski də əlavə edilib.
Deyim ki, İvan Dremin aradan şıxsa da, amma bibisi Başqırdıstan ictimai palatasının sədr müavini Kristina Nedorezova-Dremin hələ Rusiyadadaır. O da qardaşı oğlunun yerinə and içərək onun agent-filan olmadığını, Rusiyanı çox sevib və burada yaşamaq istəyini, lakin “ölkəni tərk etməyə məcbur oluduğunu” deyib.
Bəzi rus saytlarının yazdığına görə, reperin qaçmağı cəhənnəm, bəs, rus striminq platformalarından öz treklərini niyə silib?
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...