PDF Oxu

Dünya

  • 3 778

ABŞ-ı "məğlub etmək" üçün potensial imkan yaranıb?

ABŞ-da rus iş adamlarına məxsus əmlakı satıb alınan vəsaiti Ukraynaya yardım kimi göndərmək təşəbbüsü alınmayıb

ABŞ-ı "məğlub etmək" üçün potensial imkan yaranıb?

...Bu arada Konqres ABŞ administrasiyasına rusların əmlakını ələ keçirmək və alınan vəsaitləri Ukraynaya köçürmək hüququ verən qanun layihəsini qəbul edə bilməyib.

Bu barədə “İzvestiya” portalı “The Washington Post”a istinadən yazır. SİA bu barədə rus mətbuatına istinad edir.

Nəşrin məlumatına görə, Konqres qərarın qəbulu zamanı Amerika Vətəndaş Azadlıqları İttifaqının qeyri-hökumət təşkilatının mövqeyi ilə üzləşib. Onun nümayəndələri Konqresə xəbərdarlıq ediblər ki, yeni təşəbbüs ABŞ Konstitusiyası ilə ziddiyyət təşkil edir, ona görə də məhkəmə sistemi bu qanunu ləğv edə bilər. Vəziyyətlə tanış olan iki informatorun nəşrə verdiyi məlumata görə, bu, Rusiyaya ABŞ-ı təbliğat mübarizəsində məğlub etmək üçün potensial imkan verəcək(?).

Amerika Vətəndaş Azadlıqları İttifaqının qeyri-hökumət təşkilatının federal siyasət direktoru Kristofer Anders vurğulayıb ki, təklif olunan qanun o qədər qeyri-konstitusiyadır ki, Rusiya vətəndaşı ABŞ məhkəməsində ona asanlıqla etiraz edib qalib gələ bilər.

Yeri gəlmişkən qeyd edək ki, bu qanun layihəsi Demokrat Tom Malinovski və Respublikaçı Cozef Vilson tərəfindən dəstəklənib. Onlar ABŞ prezidenti Cozef Baydenin administrasiyasına sanksiya siyahısında olan rusiyalı iş adamlarının əmlakını müsadirə etmək və aktivlərin satışından əldə olunan gəlirləri Ukraynaya yardım üçün köçürmək hüququnun verilməsini təklif ediblər.

Ağasəf Babayev

Digər xəbərlər