2021-ci ildə Avropada patent üçün müraciətlərin sayında ciddi artım qeydə alınıb.
SİA APA-ya istinadən xəbər verir ki, Avropa Patent Ofisi ötən il rekord sayda - 188 600 müraciəti qeydə alıb. Bu da illik əsasda 4,5 faiz artım deməkdir.
Baş ofisi Münxendə yerləşən qurum bildirir ki, 2020-ci ildə pandemiyaya görə müraciət sayı 0.7 faiz azalmışdı.
Müraciət sayı sahələr üzrə fərqli olsa da, tendensiya dəyişmir. İddiaçılar ən çox İKT (15 400) və tibbi texnologiyalar üzrə (15 231) müəlliflik hüququ əldə etmək üçün müraciət edirlər.
Qeyd olunur ki, patent sayının artımı müəssisələrin elmi tədqiqata ciddi sərmayə qoymasının göstəricisidir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...