PDF Oxu

Dünya

  • 2 778

Qatar gözləyən sivillər öldürüldü

Qatar gözləyən sivillər öldürüldü

Ukraynanın Kramatorsk şəhərində müharibədən xilas olmaq üçün təxliyyə qatarını gözləyənlərin toplandığı stansiyaya raket atılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində beşi uşaq olmaqla azı 50 nəfər həlak olub, onlarla mülki şəxs yaralanıb.

Ölkənin şərqindəki Kramatorsk şəhəri separatçıların nəzarətində olan zona ilə həmsərhəddir. Ölkənin qərb və şimalından geri çəkilən Rusiya qüvvələrinin Donbasa hərtərəfli hücum edəcəyi gözlənildiyi halda, bölgədən dinc əhalinin təxliyyəsi sürətlənib. Ukrayna hakimiyyət orqanları ictimaiyyətə xəbərdarlıq edirb ki, Kramatorsk da daxil olmaqla ətraf yaşayış məntəqələrini bir neçə gün ərzində tərk etsinlər.

Raketin düşdüyü zaman stansiyada olanlar bu çağırışla şəhəri tərk edən mülki şəxslər olub. Ən azı 50 mülki şəxsin həlak olduğu və 100-ə yaxın insanın yaralandığı qatar stansiyasında dəhşətli mənzərələr yaşanıb.

Hücumdan sonra təxliyyə dayandırılıb. AFP-nin hadisə yerində olan müxbiri stansiyaya düşən raketin qalıqlarının üzərində “Uşaqlarımız üçün” sözlərinin yazıldığını bildirib.

Digər xəbərlər