PDF Oxu

Dünya

  • 2 881

Antonio Quterreş bәyanat yayıb

Antonio Quterreş bәyanat yayıb

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Kramatorsk şəhərində təxliyyə olunmağı gözləyən qadın, uşaq və qocalar da daxil olmaqla mülki vәtәndaşların həlak olması və yaralanması ilə nəticələnən hücumun qəbuledilməz olduğunu bildirib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Antonio Quterreş sözçüsü Stefan Düjarrik vasitəsilə verdiyi açıqlamada Kramatorskda beynəlxalq insan hüquqlarını və humanitar hüququ pozan hücumu törәdәnlәrin məsuliyyətə cəlb edilmәsi ilә bağlı çağırış edib və tərəflərə beynəlxalq təşkilatların tələb etdiyi kimi mülki vәtәndaşları qorumaqla bağlı öhdәliklәrini xatırladıb.

Tәxliyәlәrin tәhlükәsiz şәkildә hәyata keçirilmәsi vә humanitar yardımın çatdırılması üçün atәşkәslә bağlı çağırışını tәkrarlayan Quterreş bu “amansız” müharibənin dərhal sona çatdırılmasının әhәmiyyәtini vurğulayıb.

Digər tərəfdən Rusiya Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Kramatorskdakı dәmiryolu vağzalına edilәn hücumu obyektiv şәkildә qiymәtlәndirmәyә çağırıb.

Nazirlik Ukraynanın Donetsk vilayətindəki vağzala edilәn hücum ilə bağlı yazılı açıqlama verib. Bәyanatda hücumun Ukrayna ordusu tәrәfindәn törәdildiyi iddia edilib.

Digər xəbərlər