PDF Oxu

Dünya

  • 3 289

Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, indiyədək Rusiyanın 19 100 hərbçisi öldürülüb.

Bundan başqa, Rusiyanın 151 təyyarə, 136 helikopter, 705 tank, 1 895 zirehli döyüş maşını, 335 artilleriya qurğusu, 55 hava hücumundan müdafiə sistemi, 108 reaktiv yaylım atəş sistemi, 1363 avtomobil texnikası, 7 gәmisi, 76 yanacaq çәni vә 112 pilotsuz uçuş aparatı məhv edilib.

Qeyd edәk ki, Rusiya ordusu fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.