NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansı “hərbi münaqişə zamanı hərbi bloka üzv olan ölkələri qoruya biləcək” daimi tammiqyaslı silahlı qüvvələrin Rusiya yaxınlığında yerləşdirilməsinə dair planlar hazırlayır.
SİA-nın məlumatına görə, bu barədə Teleqraf.com xəbər verir.
Baş katibin sözlərinə görə, Rusiyanın Ukraynadakı hərbi xüsusi əməliyyatı səbəbindən NATO çox fundamental transformasiyanın ortasındadır.
“...İndi biz hərbi liderlərimizdən NATO-nun uzunmüddətli uyğunlaşması, sıfırlama dediyimiz variantları təqdim etmələrini xahiş etdik. Düşünürəm ki, alyans liderləri iyunda Madriddə sammit üçün görüşdükdə bu məsələyə qərar verəcəklər”, - deyə Stoltenberq bildirib.
Baş katibin qeyd etdiyi kimi, bu gün NATO-nun şərq cinahında 40 min NATO əsgəri var, halbuki Rusiya xüsusi əməliyyatı başlamazdan əvvəl onlardan on dəfə az idi.
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun bir müddət əvvəl NATO dövlətlərinin Ukraynanı hərbi inkişafına başlayıb, bu ölkəni Qərb silahları ilə doldurduğunu demişdi: “...Kiyevin “millətçi çılğınlığı və revanşist əhval-ruhiyyəsi” nəticəsində Minsk razılaşmalarının “ölümü” gəlib çatdı və Ukrayna isə sürətli hərbiləşmə yolunu seçib”.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...