İndoneziyada 5,5 bal gücündə zəlzələ olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ Milli Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri İndoneziyanın Yeni Qvineya adasındakı Papua əyalətinin Abepura kəndindən 118 kilometr aralıda yerləşib.
Zəlzələ ocağı 49 kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.








