Avstraliya parlamentinə federal seçkilər mayın 21-də keçiriləcək. SİA xəbər verir ki, bu barədə "The Age" qəzeti Baş nazir Skott Morrisonun general-qubernator Devid Hurli ilə görüşündən sonra verdiyi bəyanata istinadən məlumat yayıb.
Nəşr yazır ki, Kanberradakı parlament palatalarından danışan Baş nazir Skott Morrison Nümayəndələr Palatasına və Senata seçkilərin mayın 21-i şənbə gününə təyin edildiyini bildirib.
Hökumət başçısı həmvətənlərini gələcək seçkilərdə rəhbərlik etdiyi Avstraliya Liberal Partiyasını dəstəkləməyə çağıraraq qeyd edib ki, hazırda ölkə iqtisadiyyatının yerləşdiyi şəraitdə “riskə yer yoxdur”. Onun fikrincə, avstraliyalılar tanıdıqları sınanmış komanda ilə perspektivi qeyri-müəyyən qalan müxalifət arasında seçim etməli olacaqlar.
Mayın 21-də Avstraliya vətəndaşları Skott Morrisonla baş nazir kimi hakim koalisiyanın hakimiyyətdə qalıb-qalmayacağına və ya ölkədə Entoni Albanesin rəhbərlik etdiyi Leyborist hökumətinin olub-olmayacağına qərar verəcək.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...