Fransada prezident seçkilərinin ikinci turunun vaxtı məlum olub
Fransada prezident seçkilərində bütün namizədlərin topladıqları səslər məlum olub.
SİA APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi bütün kommunalarda bülletenlərin sayılmasını başa çatdırıb.
İlk üçlükdə Emmanuel Makron, Marin Le Pen və Jan-Lük Melanşon yer alıb.
Digər namizədlərə gəlincə, Erik Zemmur 7,05 faiz, Valeri Perkres 4,79 faiz,
Yanik Jado 4,58 faiz, Jan Lasal 3,16 faiz, Fabyen Rusel 2,31faiz, Nikola Düpon-Enyan 2,07% səs toplayıb.
Bundan başqa, siyahıda son yerdə qərar tutan Anna İdalqo, Filip Putu və Natali Arto müvafiq olaraq 1,74 faiz, 0,77 faiz və 0,57 faiz seçicinin etimadını qazana biliblər.
Yeri gəlmişkən, Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...