PDF Oxu

Dünya

  • 2 527

Avropa Rusiya qazından ABŞ-ın təzyiqi ilə imtina edir

Avropa Rusiya qazından ABŞ-ın təzyiqi ilə imtina edir

“...Avropa ABŞ-ın təzyiqinə tab gətirə bilməyəcək və tezliklə Rusiyanın enerji mənbələrindən imtina etmək məcburiyyətində qalacaq”.

SİA-nın “rambler”dən əldə etdiyi məlumata görə, bu proqnozu xorvatiyalı analitik Antun Rosa verib.

O, Avropa İttifaqı ölkələrinin ümidsiz vəziyyətdə olduğunu qeyd edib.

Rosaya görə, əgər onlar neft və qaz almağa davam etsələr, bu halda Ukraynanı kifayət qədər dəstəkləməməkdə ittiham olunacaqlar.

“Avance”də dərc olunan məqalədə vurğulanır ki, “Avropa, təbii ki, onun üçün hazırlanan aqibətdən xəbərdardır”.

Eyni zamanda, Amerikanın özü də “pərdəarxasında” eqoistcəsinə “Rusiya ilə enerji müqavilələri bağlayır”. Amma Avropa ölkələri bunu edə bilməz.

...Və Vaşinqton Avropa İttifaqı ölkələrinə Rusiyaya “daha ​​da sərt” zərbə vurmaq üçün təzyiq göstərməyə davam edəcək.

Rosanın fikrincə, Avropa İttifaqı bütün bunların ağrısını sonradan hiss edəcək.

Ağasəf Babayev

Digər xəbərlər