Mark Zukerberq "Feysbuk" şirkəti Meta altında yeni virtual dünya, eyni zamanda, yeni ticarət sistemi qurur. SİA xarici mətbuata istinadən xəbər verir ki, virtual reallığın davamı olan metaverse mühiti üçün hazırlanmış “Horizon Vorlds” platformasında pul mübadiləsi başlayır. İstifadəçilər bu platformada rəqəmsal əşyalar və effektləri real pula sata biləcəklər. Başqa sözlə, oyundaxili alış modeli keçilir. Bununla belə, Meta istifadəçilərin əldə edəcəyi qazancın demək olar ki, yarısını ələ keçirəcək. Şirkət mənfəətin 47,5%-ni, yaradıcılar isə qalanını alacaq.
İstifadəçilər istəsələr, oyun oynaya, onlayn görüşlər təşkil edə və ya gəzə bilərlər. Platformada ticarət, hələlik, yalnız ABŞ və Kanadada mümkün olacaq və yaş həddi 18 olacaq. Analitiklər deyirlər ki, Zukerberq “virtual dünyaya sahib çıxmağa” hazırlaşır. Hesablamalara görə, 2030-cu ilə qədər 5 milyard insan metaversenin bir hissəsi olacaq. Bu halda metaversenin 8 trilyon dollarlıq iqtisadiyyat yaratması gözlənilir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...