PDF Oxu

Dünya

  • 3 441

Orlov deyir ki, Misir bizimlədir...

Qahirə Rusiyaya ixrac üçün yerli məhsulları istehsal etmək və ya yığmaq imkanı verə bilər, lakin... başqa ölkənin bayrağı altında(?)

Orlov deyir ki, Misir bizimlədir...

Qərb ölkələrinin Ukraynadakı hərbi əməliyyatlara görə Misiri “döndərib” Rusiyaya qarşı “qaldırıb” ondan sanksiyalara qoşulmağı tələb etsələr də, Qahirə bitərəf qalıb Moskva ilə əməkdaşlıq etməkdə davam edir.

“İzvestiya” portalının məlumatına görə, bunu Rusiya-Misir İşgüzar Şurasının sədri Mixail Orlov deyib. SİA bu barədə “rambler”ə istinad edir.

Şura sədrinin sözlərinə görə, Qərb Misirə anti-Rusiya mövqeyinə qoşulmaq üçün güclü təzyiq göstərir, lakin Qahirədə hakimiyyət hələ də neytraldır və Moskva ilə sakit əməkdaşlıq edir.

Orlov onu da qeyd edib ki, Rusiyanın Misirlə əməkdaşlıq kontekstində diqqət yetirməli olduğu yeganə problem onun Avropa və ABŞ-dan güclü iqtisadi asılılığıdır.

Maraqlıdır ki, rus səlahiyyətlisi Misirin ABŞ və Avropa İttifaqından aldıqları böyük maliyyə dəstəyini itirə biləcəklərindən ehtiyatlandıqlarını da gizlətmir.

Eyni zamanda, Orlov hesab edir ki, Misir Rusiya sənayesi üçün dayaq nöqtəsi baxımından böyük potensiala malikdir. Moskva və Qahirə arasında əməkdaşlıq Rusiyaya ixrac üçün yerli məhsulları istehsal etmək və ya yığmaq imkanı verə bilər, lakin... başqa ölkənin bayrağı altında.

Təbii ki, niyəsini ruslar daha yaxşı bilirlər.

Yeri gəlmişkən, Rusiyanın hökumət portalı ruslara “dost olmayan dövlətlər”in siyahısını dərc edib. Buraya 50-yə yaxın ölkə, o cümlədən Böyük Britaniya, ABŞ, 27 Avropa İttifaqı ölkəsi, Ukrayna, Yaponiya və başqaları daxildir.

Ağasəf Babayev

Digər xəbərlər