PDF Oxu

Dünya

  • 2 839

İndi də deyirlər ki, gəlin birləşib Rusiyanı “əzək”..?

Cənubi Koreyanın yeni seçilmiş prezidenti Rusiyaya təzyiqləri gücləndirməyi zəruri hesab edir

İndi də deyirlər ki, gəlin birləşib Rusiyanı “əzək”..?

Koreya Respublikasının yeni seçilmiş prezidenti Yun Sok Yeol Kiyevə humanitar yardımı artırmaqla yanaşı, Rusiyaya beynəlxalq təzyiq kampaniyasını artırmağı da tələb, yox hələlik tələb yox vacib hesab edir.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə “The Washington Post” qəzetinə verdiyi müsahibəsində bildirib.

“...Biz Rusiyaya qarşı beynəlxalq təzyiq kampaniyasında iştirak etməliyik və bunu hazırkı Koreya hökuməti müəyyən dərəcədə edir. Təbii ki, beynəlxalq ictimaiyyət bizdən daha çox iştirak etməyi tələb etsə, biz öz münasibətimizi açıq şəkildə nümayiş etdirməliyik ki, bu da beynəlxalq nizama əsaslanan hörmət kimi qəbul olunmalıdır”. Bu təzə fikirləri Koreya Respublikasının təzə seçilmiş prezidenti bildirib.

Bununla yanaşı, təzə seçilmiş prezident onu da vurğulayıb ki, Kiyevə yardım baxımından Koreya Respublikası diqqəti humanitar komponentə yönəltməlidir, çünki silahların tədarükünə çoxlu maneələr var: “Almaniya kimi ölkələr müdafiə silahları təmin edir, lakin biz Cənubi Koreyada, əgər hər şeyə real baxsaq, silahla kömək etmək üçün çoxlu maneələrlə üzləşirik. Buna görə də, hazırkı administrasiya dövründə biz 10 milyon dollar humanitar yardım göstərmişik və düşünürəm ki, biz bunu etməliyik”.

Yeri gəlmişkən bildirim ki, Koreya Respublikasının yeni seçilmiş prezidenti Yun Seok Yeol mayın 10-da dövlət başçısı vəzifəsinin icrasına başlayacaq.

Ağasəf Babayev

Digər xəbərlər