PDF Oxu

Dünya

  • 3 217

Rusiya neft və qazı Asiyaya ötürəcək

“Kommersant”: Rusiya neft və qaz tədarükünü Avropadan Asiyaya köçürməyə hazırlaşır

Rusiya neft və qazı Asiyaya ötürəcək

Rusiya neft və qaz tədarükünü Avropadan Asiyaya köçürmək niyyətindədir. “Kommersant” xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin hökumətə iyunun 1-dək müvafiq infrastrukturun tikintisi planını təqdim etməyi tapşırıb.

SİA bu barədə “lenta.ru” saytına istinad edir.

Rusiya lideri hökumətə ixracı cənub və şərq istiqamətlərinə, Afrika, Latın Amerikası və Asiya-Sakit okean regionu ölkələrinə yönəltməklə diversifikasiya etməyi tapşırıb. O, həmçinin Sibir yataqlarından yeni boru kəmərlərinin çəkilməsinin nəzərdə tutulmasının vacibliyini qeyd edib.

Putinin fikrincə, yaxın illərdə neft və qaz tədarükünü yönləndirməyə imkan verəcək infrastruktur layihələrinin icrasını sürətləndirmək lazımdır.

Qəzetin yazdığına görə, “Qazprom” ilk dəfə olaraq Qərbi Sibirin resurslarını şərq istiqamətinə yönləndirmək imkanı əldə edəcək.

Qeyd edək ki, hazırda Sibir qazının yeganə mümkün alıcısı Çindir və onunla “Sibirin Gücü” müqaviləsi üzrə danışıqlar artıq on ildən çoxdur ki, davam edib.

Ağasəf Babayev

Digər xəbərlər