Kremlin saytında dərc olunan bəyannaməyə əsasən, Rusiya prezidenti Vladimir Putin 2021-ci ildə 10,2 milyon rubl gəliri olduğunu açıqlayıb. SİA bu barədə “rambler”ə istinad edir.
Qeyd edək ki, ötən il prezidentin gəlirləri 2020-ci illə müqayisədə 200 mindən çox artıb.
Bəyannamədə Vladimir Putin sahəsi 77 kvadratmetr olan mənzil və qarajı, iki “QAZ M21”, bir “Niva” avtomobili və bir “Skif” qoşqusunun olduğu göstərilib. Bundan
əlavə rus prezidentin istifadəsində 153,7 kvadratmetr olan daha bir mənzil, 18 kvadratmetrlik qaraj sahəsi var.
Maraqlıdır ki, Rusiya hökuməti Nazirlər Kabineti üzvlərinin bəyannamələrini də dərc edib.
Beləliklə, ardıcıl olaraq üçüncü ildir ki, ən varlı nazir kimi Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov göstərilib. Belə ki, onun 2021-ci ildəki gəliri 704,664 milyon rubl təşkil edib. O da deyilir ki, bir il əvvəl Manturov gəlirinin 740,413 milyon rubl olduğunu bəyan etmişdi.
Baş nazir Mixail Mişustin 2021-ci ildə 18,3 milyon rubl qazanıb ki, bu da bir il əvvəlkindən 1,5 milyon rubl azdır.
Hökumət məmurlarının həyat yoldaşları arasında ən zəngini Baş nazirin müavini Tatyana Qolikovanın əri Viktor Xristenko olub. Belə ki, o, gəlirinin 278,959 milyon rubl olduğunu bəyan edib.
Nazlı Babayeva
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...