NATO gəmilərinin adi əməliyyatlar və təlimlər keçirmək üçün Baltik dənizinə daxil olduğunu açıqlayıb.
SİA-nın məlumatına görə, NATO-dan verilən yazılı açıqlamada "Daimi Dəniz Qrupu 1" (SNMG1) və "Daimi NATO Minalarla Mübarizə Qrupu 1" (SNMCMG1) gəmilərinin Baltik dənizi istiqamətində üzdüyü bildirilib.
Bəyanatda Baltik dənizində sərhəd müttəfiqləri və tərəfdaş ölkələrlə təlimlərə qatılacaq gəmilərin NATO-nun müqavilə öhdəliklərinə uyğun olaraq etibarlı və bacarıqlı müdafiə qabiliyyətini qorumaq üçün bu regionda müntəzəm fəaliyyətin bir hissəsi olacağı qeyd edilib.
Bildirilib ki, hər iki qrup müxtəlif müttəfiq ölkələrin gəmilərindən ibarətdir və NATO-nun təlimlərdə iştirakdan tutmuş əməliyyat missiyalarına qədər müxtəlif funksiyaları yerinə yetirmək üçün davamlı istifadəsinə açıqdır.
Bəyanatda bu qrupların NATO daxilində ən yüksək hazırlıqlı hərbi qüvvə olan Çox Yüksək Hazırlıq Birgə İşçi Qüvvəsinin (VJTF) bir hissəsi olduğu da vurğulanıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...