Şimali Makedoniya Rusiyanın 6 diplomatını “arzuolunmaz şəxs” (“persona non qrata”) elan edib.
Şimali Makedoniya Rusiyanın 6 diplomatını “arzuolunmaz şəxs” (“persona non qrata”) elan edib. SİA bu barədə Rusiya saytlarına istinad edir.
Şimali Makedoniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Rusiya Federasiyasının Üsküsdəki səfiri Sergey Bazdnikinin nazirliyə çağırıldığı və 6 diplomatın “persona non qrata” elan edildiyinə dair diplomatik nota verildiyi vurğulanıb.
Açıqlamada bildirilib ki, aidiyyatı qurumlardan daxil olan məlumata görə, adıçəkilən şəxslər diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına zidd fəaliyyətlə məşğul olublar.
Nazirlik rusiyalı diplomatların 5 gün ərzində ölkəni tərk etmələri barədə məlumat paylaşıb.
Keçən ay Şimali Makedoniya Rusiyanın beş diplomatını “diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına zidd hərəkət etdiklərini” əsas gətirərək "arzuolunmaz şəxs" elan etmişdi.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...