PDF Oxu

Dünya

  • 3 199

İngiltәrә rusiyalı oliqarxların aktivlәrini dondurub

İngiltәrә rusiyalı oliqarxların aktivlәrini dondurub

İngiltәrә hökuməti iki rus oliqarxın aktivlәrini dondurduğunu açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә İngiltәrә Xarici İşlәr Nazirliyi mәlumat yayıb. Mәlumatda vurğulanıb ki, İngiltәrә hökumәti Yevgeni Tenenbaum və Davidoviçin 10 milyard funt sterlinq dəyərində aktivlərini dondurub.

Nazirlikdәn bildirilib ki, Tenenbaum və Davidoviçə qarşı alınan sanksiya qərarı ilə fevral ayından bəri sanksiyaya məruz qalan rusiyalı oliqarxların, ailə üzvlərinin və ortaqlarının sayı 106-ya çatıb.

“Sanksiya qərarı bu aktivlərin Rusiyaya qaytarılmasının və Putinin döyüş maşınının maliyyələşdirilməsində istifadə olunmasının qarşısını alacaq”,-deyә mәlumatda qeyd olunub.