İtaliyada İkinci Dünya müharibəsinə görə təhsilini davam etdirə bilməyən 90 yaşlı qadın yenidən məktəbə qayıdıb
İkinci Dünya müharibəsi səbəbindən təhsilini davam etdirə bilməyən 90 yaşlı italyan Annunziata Murgia orta təhsil haqqında şəhadətnamə almaq üçün yenidən məktəbə qayıdıb. O, orta məktəbə gedən ən yaşlı şəxs kimi tarixə düşüb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, A.Murgia adətən 14 yaşdan yuxarı olanların orta təhsil haqqında şəhadətnamə almaq üçün iştirak etdikləri imtahana hazırlaşmaq üçün hazırda evinin yaxınlığındakı gecə məktəbinə gedir. İkinci Dünya müharibəsi dövründə ancaq maddi vəziyyəti yaxşı olanların təhsil ala bildiyini deyən A.Murgia həmin vaxt tikişlə məşğul olduğunu və bu yolla ailəsinə maddi dəstək verdiyini bildirib.
Qeyd edək ki, A.Murgianın ən kiçik sinif yoldaşı hazırda orta məktəb şəhadətnaməsini almaq üçün yenidən imtahana hazırlaşan 16 yaşlı şagirddir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...