Əsəb pozğunluğunun diaqnozu üçün süni intellekt alqoritmləri yaradılıb
Kanadanın Alberta Universitetinin alimləri travma sonrası əsəb pozğunluğunun (TSSB) diaqnozu üçün süni intellekt (AI) alqoritmlərini yaradıblar.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki,, tədqiqat zamanı mütəxəssislər psixoterapevtlərin seanslarında alınan mətnlərin tonallığını təhlil ediblər. Videokonfrans vasitəsilə aparılan eksperimentdə 275 iştirakçı ilə psixoterapevtik müsahibə götürülüb. Eksperiment nəticəsində 188 subyektin travma sonrası əsəb pozğunluğundan əziyyət çəkdiyi, 87 nəfərinin isə sağlam olması aşkarlanıb.
Məlum olub ki, xəstələrin mətnlərində daha çox mənfi və ya neytral ifadələr yer alır. Bu metodun dəqiqliyi 80 faizə çatır. Gələcəkdə mütəxəssislər bu texnologiyadan teletibdə istifadə etmək istəyirlər.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...