Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) Türkiyədən bibər, nar, üzüm, qreypfrut və portağalın tədarükünə qoyulan məhdudiyyəti ləğv edib. SİA xəbər verir ki, bu barədə federal xidmət məlumat yayıb.
“Məhdudiyyətlərin aradan qaldırılması barədə qərar meyvə-tərəvəz istehsalı və ixracı mərkəzlərində aparılan yoxlamanın nəticələrinə əsaslanıb və bu zaman “Rospotrebnadzor” mütəxəssisləri laboratoriya tədqiqatları üçün məhsul nümunələri götürüblər. Nümunələrin təhlilinin nəticələrinə əsasən, zərərli maddələrin icazə verilən maksimum səviyyədən artıqlığı aşkar edilməyib”, - məlumatda vurğulanıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...