"…Hindistan silah alışında, deyəsən Rusiyadan uzaqlaşmaq istəyir, daha dəqiq desək, bu məsələ ilə bağlı daha Moskvaya az güvənəcək”. Qeyd edim ki, bu barədə “Moskovski Komsomolets” “Indian Defence News”a istinadən xəbər verir. SİA bu dəfə rus saytlarına istinad edir.
Beləliklə, ilk olaraq nəşr Hindistanın dünyanın ikinci ən böyük ordusuna, dördüncü ən böyük hərbi hava qüvvələrinə və yeddinci ən böyük dəniz donanmasına sahib olduğunu bildirir.
Bundan əlavə, nəşr Hindistanı dünyanın ən böyük silah idxalçılarından biri və dünya silah sifarişlərinin 11 faizini təşkil edən bir ölkə kimi təqdim edir. Nəşrin sonrakı məlumatına görə, Hindistan silahların təxminən 70 faizini idxal edir ki, bunun da təxminən 60 faizi Rusiya Federasiyasının payına düşür.
Təbii ki, bunlar öz yerində, amma “Indian Defence News” Hindistanın Ukraynadakı vəziyyətlə bağlı Rusiya ilə silah məsələlərində əməkdaşlığı davam etdirməkdən qorxduğunu bildirir: “…Dövlət orqanları sifarişlərin bir hissəsinin itirilmiş avadanlığın doldurulmasına yönəldiləcəyini güman edirlər ki, bu da öz növbəsində çatdırılma sürətinə mənfi təsir göstərəcək”.
Nəşr qeyd edir ki, bu gün Hindistanda da Qərbin müdafiə sənayesinə qarşı mümkün sanksiyalarından narahatdırlar.
Qeyd edək ki, bir müddət bundan əvvəl Hindistanın Fransa, ABŞ və İsraildən alqı-satqı asılılığını azaltmağı planlaşdırdı, Dehli bunu bu ölkələrlə əməkdaşlığın siyasi şəraitdən asılı olaraq mürəkkəbləşməsi ilə əlaqələndirirdi.
Bundan əvvəl isə Hindistan Hərbi Hava Qüvvələrinin Rusiyadan 48 ədəd “Mi-17V5” orta qaldırıcı helikopterin alınmasını təxirə saldığı bildirilmişdi.
…Deyim ki, Böyük Britaniyanın baş naziri Boris Conson hələ Hindistana gəlib çatmayıb a…
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...