PDF Oxu

Dünya

  • 4 337

Məktub yetişməyib...

Məktub yetişməyib...

Qida istehsalçılarının səkkiz assosiasiyası Rusiyanın baş naziri Mixail Mişustinə Avropadan avtomobil yolu ilə ölkəyə müxtəlif ərzaq məhsullarının idxalına qadağa qoyulmaması xahişi ilə müraciət ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” yazır.

İstehsalçıların yük maşınlarının Avropadan Rusiyaya girişinə mane olmamağa çağırdığı məktub aprelin 14-də yazılıb. Mişustinə müraciət məktubunu Qida Tərkibləri İstehsalçıları İttifaqı, Pivə İstehsalçıları Assosiasiyası, “Soyuzmolok”, “Rusprodsoyuz” və “Soyuznapitkov”un rəhbərləri imzalayıblar.

Qeyd edək ki, qida istehsalı üçün xammal, eləcə də dərmanlar hələ ki, Avropa İttifaqının sanksiyalarının beşinci paketinə daxil edilməyib. Bununla belə, istehsalçılar Rusiya və Belarus yük maşınlarının Avropa İttifaqına girişini qadağan edən yeni məhdudiyyətlər tətbiqində narahatdırlar.

Maraqlıdır ki, Rusiya Nazirlər Kabinetinin ofisindən onlara ünvanlanan məktubun hələ daxil olmadığını bildiriblər.

Ağasəf Babayev

Digər xəbərlər