Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlılarına qarşı yeni hərbi əməliyyata başlayıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Milli Müdafiə Naziri Hulusi Akar silahlı qüvvələrin Metina, Zap və Avaşin-Basan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pəncə” əməliyyatına başladığını açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə rusların “rambler” saytı məlumat yayıb.
“...Qəhrəman hava qüvvələrimiz terror təşkilatına aid olan bütün sığınacaqları, bunkerləri, mağaraları, tunelləri, sursat anbarları və sözdə qərargahlardan ibarət olan hədəfləri uğurla vurub... Biz nəcib millətimizi terror bəlasından xilas etmək əzmindəyik. 40 ildir ki, son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam etdiririk”.
Qeyd edək ki, bunu Milli Müdafiə Naziri Hulusi Akar bildirib.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...