Rusiya Silahlı Qüvvələri Mariupolda blokadada olanlara təslim olmaq üşün, Moskva vaxtı ilə 14:00-dan 16:00-a qədər, iki saat vaxt verib
Rus saytlarının yazdığına görə, Rusiya Silahlı Qüvvələri aprelin 20-də saat 14:00-dan etibarən Mariupolda blokadaya alınmış ukraynalı yaraqlıları və xarici muzdluları növbəti dəfə döyüşləri dayandırmağa və silahlarını yerə qoyub təslim olmağa çağırıb.
SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.
Hərbi idarənin bildirdiyinə görə, çərşənbə axşamı, aprelin 19-da Rusiya hərbçiləri Ukrayna hərbçiləri və yaraqlılarını geri çəkmək üçün Mariupoldakı “Azovstal” zavodunun ərazisindən növbəti dəfə humanitar dəhliz açıblar, lakin heç kim rusların “bu humanist təklifindən” istifadə etməyib.
Eyni zamanda, Rusiya rəhbərliyi silahı yerə qoyan hər kəsin həyatının qorunmasına, tam təhlükəsizliyinə və yüksək səviyyədə tibbi yardım göstərilməsinə də zəmanət verir.
Yenə də rus saytlarının yazdığına görə, bir gün əvvəl Rusiya Müdafiə Nazirliyi Kiyev hakimiyyətinə müraciət edərək mülki şəxslərin “Azovstal” zavodundan çıxarılmasını tələb edib. Tələbi Rusiya Müdafiəyə Nəzarət Milli Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev səsləndirib.
Mizintsev qeyd edib ki, Rusiya mülki şəxslərin seçdikləri istənilən istiqamətdə təhlükəsiz təxliyəsinə zəmanət verir. General-polkovnik vurğulayıb ki, mülki şəxslərin “insan qalxanı” kimi zorla saxlanması terrordur.
Mizintsev Kiyev hakimiyyətinə müraciətində yaraqlıları mənasız müqavimətdən çıxmağa da çağırıb. O vurğulayıb ki, bölük komandirləri Kiyev hakimiyyətindən müvafiq əmrlər almaya bilər, ona görə də Rusiya Müdafiə Nazirliyi onları bu qərarı təkbaşına qəbul etməyə, sonra isə silahı yerə qoymağa çağırır.
Beləliklə, bu gün Moskva vaxtı ilə saat 14:00-dan 16:00-a qədər istisnasız olaraq bütün Ukrayna silahlı birləşmələri və xarici muzdlulardan heç bir silah və sursat olmadan “Azovstal”ı tərk edərək təslim olmaq tələb olunub.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...