Bayden Putin və Maduro arasında münasibətləri pozmağı planlaşdırır?
...ABŞ prezidenti Cozef Bayden Rusiya prezidenti Vladimir Putinlə Venesuela prezidenti Nikolas Maduro arasıa girib onların münasibətləri korlamağı planlaşdırır.
SİA-nın məlumatına görə, bu barədə “RİA Novosti” Britaniyanın “Economist” jurnalında dərc olunan məqaləyə istinadən xəbər verir.
Beləliklə, “Economist”də yer alan yazı müəllifinin sözlərinə görə, ABŞ aprelin 22-dən qüvvəyə minən Rusiya neftinə tətbiq olunan embarqodan itkiləri Venesueladan yanacaq tədarükü hesabına ödəmək niyyətindədir. Bunun üçün Birləşmiş Ştatlar Venesuela neftinin idxalına hazırkı total qadağadan imtina etməli olacaq. Bu addımın arxasında isə siyasi məqsədlərin ola biləcəyi şübhə doğurmur.
“Əgər Cozef Bayden Venesuela ilə münasibətlərdə detente, yəni beynəlxalq gərginliyi yumşaltmaq nail olmaq niyyətindədirsə, bu, təkcə iqtisadi səbəblərə görə baş verməyəcək. O, çox güman ki, Moskvanın ən yaxın müttəfiqlərindən biri hesab etdiyi Venesuela ilə Rusiya arasında gərginlik yaratmaq üçün Ukraynadakı hərbi əməliyyatdan istifadə etməyə ümid edir.
Məqalə müəllifinə görə,..amma bu ideyanı həyata keçirmək guya elə də asan olmayacaq. Niyə? Çünki məqalə müəllifi belə hesab edir ki, Maduro Qərbə kömək etməkdən imtina edəcək.
“...Və əgər sövdələşmə aparılarsa belə, bu, Baydenin şərtləri ilə olmayacaq” deyə yazı müəllifi bildirib.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...