PDF Oxu

Dünya

  • 2 713

“Bu sanksiyalar Ümumdünya Ticarət Təşkilatı prinsiplərinə ziddir”

“Bu sanksiyalar Ümumdünya Ticarət Təşkilatı prinsiplərinə ziddir”

Rusiya prezidenti Vladimir Putin ölkəsinə qarşı sanksiyaların Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə zidd olduğunu vurğulayaraq hökumətə strategiyanı yeniləmək tapşırığı verib.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya metallurgiya sənayesi ilə bağlı hökumət rəsmiləri ilə görüşündə V.Putin deyib: “Rusiya dünya polad sənayesində lider mövqedədir.

Qərb ölkələri Rusiya şirkətlərinə qarşı qeyri-qanuni sanksiyalar tətbiq edir. Bu məhdudiyyətlər Ümumdünya Ticarət Təşkilatı prinsiplərinə ziddir və belə mövzularda avropalı həmkarlarım hər zaman öz öhdəliklərini daim təsdiqləyirlər.

Nazirlər Kabinetindən Qərb ölkələrinin bu addımlarının legitimliyinə hərtərəfli qiymət verməsini tələb edirəm. Həmçinin iyunun 1-dək Ümumdünya Ticarət Təşkilatı çərçivəsində fəaliyyətimiz üçün yenilənmiş strategiya hazırlamağı tapşırıram.

Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarla bağlı yanaşmaları dəyişməyəcək. Rusiya metallurgiya sənayesi də bu şərtlərlə bağlı yeni strategiyalar hazırlamalı, o cümlədən yeni təchizatçı və müştərilər tapmalıdır”.

Digər xəbərlər