Nabiullina Mərkəzi Bankın Qərbdə dondurulmuş ehtiyatlarının ümumi məbləğini açıqlayıb
...Qərb ölkələri Rusiya Bankının ümumi məbləği təxminən 300 milyard dollar olan ehtiyatlarını dondurub. Lakin məzənnənin gündəlik olaraq dəyişməsini nəzərə alsaq bu barədə dəqiq rəqəm söyləmək hələ ki, çətindir.
SİA TASS-dan əldə etdiyi məlumata istinadən xəbər verir ki, bunu Dövlət Dumasında Rusiya Bankının rəhbəri Elvira Nabiullina deyib.
Onun sözlərinə görə, valyuta məzənnələri hər gün dəyişir və ona görə də Qərbdə dondurulmuş pulların dəqiq məbləğini söyləmək çətindir.
“...Təxminən 300 milyard dollar. Mən niyə belə deyirəm? Çünki bu rəqəm gündən-günə dəyişə də bilər. Məsələn, 296, 302-də ola bilər. Niyə? Çünki dondurulmuş ehtiyatlar təkcə dollarla deyil, müxtəlif valyutalarda ifadə olunur. Dollarla desək, payı azdır. Avro və funt-sterlinq var, vəssalam və hər gün onların məzənnəsi dəyişir”. Bunları Nabiullina bildirib.
Öz növbəsində, Rusiya Federasiyasına məxsus qızıl-valyuta ehtiyatlarını heç kimin götürmədiyini deyən Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu sərvətlərinin bəzilərinin artıq dondurulduğunu da diqqətə çatdırıb. Volodin onu da bildirib ki, Rusiya onları nəinki geri qaytaracaq, hətta faizini də alacaq.
Deyim ki, bu "dar macalda" Dövlət Duması "imkan tapıb" Nabiullinanın səlahiyyətlərini də uzadıb
Yeri gəlmişkən qeyd edək ki, bir müddət bundan əvvəl Elvira Nabiullina Rusiyadakı bütün lazımi maliyyə resurslarına diqqət çəkərək ölkəni heç bir defolt gözləmədiyini bildirib rusları sevindirmişdi.
...Yenə də...gəlmişkən deyim, gərək ki yaşı bir az çox olanlar xatırlamış olar. Vaxtilə Sovetlər birliyinə-SSRİ-yə məxsus bütün maliyyə resurslarının çoxu "birlik" dağılandan sonra ruslara qaldı. Əslində qalmadı özləri qamarladılar.
Etiraf edim ki, vaxtilə, bu zəngin resurslardan 240 milyonluq əhalisi olan SSRİ əhalisi elə də yararlana bilmədi. Halbuki həmən ərəfədə 1 milyard 200 milyon əhaliyə sahib olan Çin belə Sovetlər birliyində yaşayanlardan yaxşı yaşayırdı. Deyim ki, bu ölkə ərazinə əta edilmiş təbii resurslar SSRİ ilə müqayisədə ölçüyəgəlməz dərəcədə az idi.
Deməli, bu gün Elvira Nabiullinanın dediklərinə inansaq, əslində bu onun defoltla bağlı səsləndirdiyi təhlükəsizliyə heç bir əsasmı deyim, zəmanətmi deyim... vermir. Niyə? Çünki, ölkələri adətən bacarıqlı kadrlar düzgün idarə edib, elə güz yola da istiqamətləndirirlər. Yəni bacarıqlı kadrlar hər bir ölkə üçün güclü qüvvədirlər. Təbii ki, bu mövzuda danışası olsaq, uzun cəkəcək. Ona görə də, Rusiya idarəçiliyi ilə bağlı, sadəcə olaraq, rus yazarı Mixail Saltıkov-Şedrindən bir misal çəkəcəyəm. Gəlin elə bunu da "sadəcə olaraq" kimi təqim edək. Beləliklə, Saltıkov-Şedrin hələ 19-cu əsrdə yazırdı ki, “...əgər 100 ildən sonra məni oyadıb Rusiyada nə baş verdiyini soruşsalar, cavab verəcəm: içib oğurlayırlar”.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...