Somalinin xarici işlər naziri Abdisaid Muse Əlinin ölkənin mərkəzi hissəsindəki Qalkayo şəhərində sui-qəsd nəticəsində öldürüldüyü bildirilib. Lakin ölüm xəbər sonradan təkzib olunub.SİA xəbər verir ki, bu barədə Somali xəbər portalı “Shabelle Media Network” məlumat yayıb.Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, o, Puntlend ştatının administrasiyasının rəhbəri Səid Denisə tabe olan hərbçilər tərəfindən hücuma məruz qalıb.Abdisaid Muse Ali bildirib ki, onun mühafizəçilərindən bir əsgər həlak olub, nazirin olduğu evin sahibi də yaralanıb. Öz növbəsində Somali xəbər portalı “Garowe” xəbər verib ki, XİN rəhbəri sui-qəsd zamanı Qalkayo şəhərinin ağsaqqallarından birinə baş çəkib.Somalinin iki bölgəsinin sərhədi Galkayodan keçir. Şəhərin şimal hissəsi Puntlend ştatının, cənub hissəsi Qalmuduq əyalətinin bir hissəsidir.
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...