İsraildən olan fanatları ilə əlaqə saxlayan Maksim Qalkin Rusiyanı qəfil tərk etməsini Ukraynada hərbi əməliyyatların başlamasından sonra yaranan maliyyə çətinlikləri ilə əlaqələndirib.
SİA xəbər verir ki, bu barədə “News.ru” sənətçinin mikrobloquna istinadən xəbər verir.
Sənətçi maddi sıxıntılarla üzləşdiyi üçün Rusiyadan getməsinin “qaçış” və ya “xəyanət” olmadığını bildirib. Onun sözlərinə görə, Ukraynada münaqişənin kəskinləşməsindən sonra 2022-ci ilin sonuna qədər davam etməli olan bütün reklam müqavilələri pozulub.
“...Reklam pulunu itirdim. İkincisi isə Rusiyanın müxtəlif şəhərlərində təşkil olunacaq konsertlərim ləğv olunduğuna görə, mən konsert pulunu da itirdim”. Bunları da Qalkin deyib.
Qeyd edək ki, sənətçi dincəlmək və eyni zamanda konsertlərdə pul qazanmaq üçün İsrailə getməyə qərar verdiyini deyib. O, eyni zamanda onu İsraillə bağlayan çox şey olduğunu da deyib. Məsələn, onun valideynləri onkologiyadan məhz burada müalicə olunub.
Qalkin əmin edib ki, o, yaşayış yerindən asılı olmayaraq tamaşaçılarına həmişə sevgi və hörmətlə yanaşır.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...