"...Bu, bizə tam olaraq istədiyimizi təmin etməyə imkan verəcək”.
Prezident Vladimir Zelenski Kiyevin əvvəllər tərəfdaşlarından tələb etdiyi silahların yeni partiyalarını almağa başladıqlarını bildirib.
SİA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Zelenski onun xahişinə cavab verən, Ukraynanın bütün tərəfdaşlarına təşəkkür edib: “Mən, nəhayət bizi dinləyən bütün tərəfdaşlarımıza minnətdarlığımı bildirirəm. Bu, bizə tam olaraq istədiyimizi təmin etməyə imkan verəcək”.
Qeyd edək ki, Kanada Müdafiə Nazirliyi Ukraynaya hərbi yardım çərçivəsində haubitsa və ağır artilleriyaların təhvil verildiyini açıqlayıb.
İspaniyanın Baş naziri Pedro Sançes ölkənin Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin 200 ton hərbi texnika, sursat və maşınlarla Polşaya doğru hərəkət etdiyini bildirib.
Bundan əlavə, ABŞ prezidenti Cozef Bayden ABŞ-ın Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim edəcəyini bildirib. Qeyd olunur ki, Pentaqon Ukraynaya traktorlu 72 haubitsa və onlar üçün 144 min mərmi, həmçinin 121-dən çox “Phoenix Ghost” taktiki pilotsuz uçuş sistemi göndərmək qərarına gəlib.
Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibinin müavini Viktoriya Nuland “Qərb ölkələrindən silah tədarükü olmasaydı, Ukrayna Rusiya ordusuna müqavimət göstərə bilməzdi”-deyə bildirmişdi.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...