Əfqanıstanın şimalındakı Kunduz əyalətində məscidə edilən bombalı hücumda 33 nəfərin öldüyü, 43 nəfərin yaralandığı açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Əfqanıstanın şimalındakı Kunduz əyalətinin İmam Sahib rayonunda məscidə bombalı hücum həyata keçirilib.
Hücum nəticəsində 33 nəfərin həyatını itirdiyi, 43 nəfərin yaralandığı açıqlanıb. Taliban sözçüsü Zabihullah Mücahid sosial media hesabında "Kunduz şəhərinin İmam Sahib rayonunda məsciddə günorta saatlarında partlayış baş verdiyini öyrəndik, çox təəssüflənirik", deyib.
Hücum nəticəsində yaralananlar arasında uşaqların olduğu bildirilir. Hələlik hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...