Bu vaxtadək İtaliya ərazisinə 100 minədək ukraynalı qaçqın daxil olub. SİA xəbər verir ki, İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkəyə ümumilikdə 99 min 788 Ukrayna vətəndaşı gəlib. Onlardan 51 min 593-ü qadın, 12 min 307-si kişi və 35 min 888-i isə yetkinlik yaşına çatmayanlardır.
Ukrayna vətəndaşlarının 95 min 244-ü birbaşa sərhəddən, 4544-ü isə dəmir yolu polis idarəsinin nəzarətində İtaliyaya gəlib.
Qaçqınlar əsasən Milan, Roma, Neapol və Bolonya şəhərlərində qaçqın şəhərciklərinə və təbii fəlakətlər zamanı insanların sığınması üçün nəzərdə tutulan evlərə yerləşdirilir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...