PDF Oxu

Dünya

  • 3 276

Tunisdə miqrantları daşıyan qayıq batıb

Tunisdə miqrantları daşıyan qayıq batıb

Tunis sahillərində İtaliyaya köçməyə çalışan 4 miqrant qayığının çevrilməsi nəticəsində 12 nəfərin həyatını itirdiyi, 10 nəfərin isə itkin düşdüyü bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Aralıq dənizini keçərək İtaliyaya köçməyə çalışan 120 afrikalı mühacir və qaçqını daşıyan 4 qayığın batması nəticəsində 12 nəfərin həyatını itirib, 10 nəfər isə itkin düşüb. Tunis Sahil Mühafizəsinin rəsmisi Əli Aayari Tunisin Sfaks şəhəri sahillərində 98 nəfərin xilas edildiyini bildirib.
Qeyd edək ki, 2020-ci ildə İtaliyaya 95 mindən çox, 2021-ci ildə isə 123 mindən çox immiqrantın gəldiyi öyrənilib.

Digər xəbərlər