Ölkənin səhiyyə naziri Jan-Jak Mbunqani (Jean-Jacques Mbungani) verdiyi açıqlamada sözügedən mövzu ilə bağlı bildirib...
Konqo Demokratik Respublikasının Ekvador əyalətində Ebola epidemiyası elan edildi.
SİA-nın əldə etdiyi məlumata görə, ölkənin səhiyyə naziri Jan-Jak Mbunqani (Jean-Jacques Mbungani) verdiyi açıqlamada sözügedən mövzu ilə bağlı bildirib: “Ekvador əyalətinin paytaxtı Mbandaka şəhərində vəfat edən 31 yaşlı kişidə Ebola virusu aşkarlanıb. Onlarla təmasda olmuş 74 nəfər karantinə alınıb. Bütün bunlara görə Ekvador əyalətində Ebola epidemiyası elan edilib”.
Qeyd edək ki, bir növ hemorragik qızdırmaya səbəb olan Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və Konqo Demokratik Respublikasının Yambuku şəhərlərində eyni vaxtda ortaya çıxıb.
Epidemiya Ebola çayı yaxınlığındakı kənddə başladığı üçün xəstəlik buranın adını daşıyır.
Ebola virusu 2013-cü ilin dekabrında Qərbi Afrikada yayılıb, 2014-2017-ci illərdə Qvineya, Liberiya və Syerra-Leonedə 30 min adama bulaşıb və bu xəstələrdən 11 mindən çoxu dünyasını dəyişib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...