PDF Oxu

Dünya

  • 4 062

Sinay yarımadasında Zevs Kassius məbədinin qalıqları tapılıb

Sinay yarımadasında Zevs Kassius məbədinin qalıqları tapılıb

Misirin Sinay yarımadasında eramızdan əvvəl 30-cu və eramızın 395-ci illəri arasında ölkəni idarə edən Roma imperiyası dövrünə aid Zevs Kassius məbədinin qalıqları aşkar edilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Bu barədə Misir Turizm Nazirliyinin rəsmi Facebook səhifəsində açıqlama verilib. Bildirilib ki, Misirli arxeoloqların tədqiqatı nəticəsində Roma imperiyası dövründə tanrı sayılan Zevs Kassius məbədinin qalıqları gün işığına çıxarılıb. Keçmişdə bölgədə baş verən zəlzələ nəticəsində məbədin dağıldığı ifadə edilən açıqlamada: “Abidənin girişində 8 metr uzunluğunda iki qranit sütun və bir neçə daş blok var”. Açıqlamada həmçinin qeyd olunub ki, sözügedən məbədin varlığına dair məlumatlar 1910-cu ildə fransız arxeoloqlar tərəfindən tapılan qədim yunan Epitafiyalar yşardımı ilə əldə edilsə də bu günə qədər məbədin qalıqları gün işığına çıxarıla bilməyib. Məlumata görə məbədin əvvəlki vəziyyətinə bənzər şəkildə yenidən qurulması işlərinə başlanılıb.

Digər xəbərlər