PDF Oxu

Dünya

  • 3 460

Rusiya MN: Ukraynada altı yarımstansiya vurulub

Rusiya MN: Ukraynada altı yarımstansiya vurulub

Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bildirib ki, Donbasda Ukrayna qoşunlarına xarici silahların çatdırıldığı qatar stansiyalarının elektirik mərkəzlərini uzunmənzilli yüksək dəqiqlikli raketlərlə vurulub.

SİA-nın əldə etdiyi məlumata görə, Konaşenkov Rusiya hərbi birləşmələrinin Ukraynadakı müharibədəki hərəkətləri ilə bağlı açıqlamalar verib.

Ukraynadakı hədəflərə qarşı yüksək dəqiqlikli silahlardan istifadə etməyə davam etdiklərinə diqqət çəkən Konaşenkov deyib:

“Donbasdakı Ukrayna qoşunlarına xarici silahların və hərbi-texniki maşınların daşındığı Krasnoye, Zdolbunov, Jmerinka, Berdiçev, Kovel və Korosten dəmir yolu stansiyalarının yaxınlığındakı 6 yarımstansiyası uzaq məsafədən yüksək dəqiqlikli raketlərlə vurulub".

Bir gündə Ukraynanın 27 hərbi obyektinin yüksək dəqiqlikli raketlərlə məhv edildiyini qeyd edən İqor Konaşenkov hava döyüş taktiki birləşmələrinin də 82 hərbi obyekti məhv etdiyini bildirib.

Raket bölmələrinin Ukraynanın "Toçka-U" raket kompleksinə, idarəetmə mərkəzlərinə, zirehli texnikaya və hərbçilərə 15 atəşlə zərbə vurduğunu qeyd edən Konaşenkov İzyum, Donetsk və Xarkov şəhərləri ətrafında 4 pilotsuz uçuş aparatının vurulduğunu bildirib.

Rusiya sözçüsü “Bu günə qədər Ukrayna ordusuna məxsus 141 təyyarə, 110 helikopter, 570 pilotsuz uçuş aparatı, 265 hava hücumundan müdafiə sistemi, 2 min 554 tank və minaatan, 283 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 1104 haubitsa və minaatan, 2380 xüsusi təyinatlı hərbi texnika məhv edilib” deyib.