Bolqarıstanın Baş naziri Kiril Petkov “Ukraynaya silah yardımı” ilə bağlı müzakirələr davam edərkən, bu ölkəyə “silah təmin etmək məqsədilə” bir aylıq maaşını bağışladığını açıqlayıb.
SİA xəbər verir ki, Petkov sosial media hesabında paylaşdığı açıqlamada: “Ukraynaya silah yardımı siyasi və sosial qərar birliyindən asılıdır. Məsələ ilə bağlı cəmiyyətdə ifrat fikirlər paylaşılır. Daha bu sahədə konkret addım atmağın vaxtıdır”. Ukraynaya silah göndərən bir çox Avropa ölkəsinin adını sadalayan Petkov, Bolqarıstandakı bəzi narahatlıqların əksinə Rusiyanın bu ölkələrə müharibə elan etmədiyinə diqqət çəkərək: “Ukraynaya həqiqətən kömək etmək istəyən hər bir Bolqarıstan vətəndaşını mənim kimi maaşını bağışlamağa çağırıram. Söz demək asandır, iş görmək çətindir. Daha konkret addım atmağın vaxtıdır”. Petkov ianəsinin bank qəbzini də bölüşüb.
Qeyd edək ki, Bolqarıstan hökumətini təşkil edən 4 siyasi qüvvənin liderləri Ukraynaya silah yardımı göndərilməsi mövzusunda qərar qəbul etmək üzrə iclas keçirəcək. Petkov isə sabah Ukraynanın paytaxtı Kiyevə edəcəyi səfər öncəsi koalisiyadan bu mövzuda razılığa gəlməsini tələb edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...