PDF Oxu

Dünya

  • 3 261

Deyəsən, bu polyaklar “dava axtarırlar”..?

Rusiyaya qaz pulunu rublla ödəməmələri cəhən...lənət şeytana.., bir yana, hələ bir ruslara qarşı məhdudiyyətlər də qoyurlar

Deyəsən, bu polyaklar “dava axtarırlar”..?

...Bu arada Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə komissarı Pyotr Naimski açıq şəkildə Varşavanın Rusiya qazının pulunu rublla ödəməyəcəyini bəyan edib.

Maraqlıdır ki, Naimski fikrini çox lakonik şəkildə bildirib: “Biz ödəməyəcəyik!” Deyim ki, bu Naimski hər kimdirsə, deyəsən, qurd ürəyi yeyib.

...Gərək ki, yadınızda olar, martın 24-də Rusiya prezidenti Vladimir Putin qeyri-dost adlandırılan ölkələrdən Rusiya təbii qazına görə ödənişləri yalnız rublla qəbul etməyi tapşırıb.

O, eyni zamanda bildirib ki, Rusiya müqavilələrdə nəzərdə tutulan həcmlərə və qiymətlərə uyğun olaraq qaz tədarükünü davam etdirəcək.

Marqlıdır ki, elə bu ərəfədə Prezidentin mətbuat katibi Dmitri Peskov da Rusiyadan qaz alanlara xitabən “ciblərinin ağızlarına, bekara yerə, geniş açmamalarının xəbərdalığını edərək, ölkəsinin heç kimə “müftə” qaz verməyəcəyini bildirmişdi. (...guya bundan əvvəl verirmiş?) Belə ki, o da prezidenti Vladimir Vladimiroviçin martın 31-də qəbul etdiyi fərmanını əsas tutaraq, dost olmayan ölkələrdən olan alıcılara qazpulunu ödəmək üçün “Qazprombank”da xüsusi rubl və valyuta hesabları açmalarını tövsiyə etmişdi.

Qeyd edim ki, Dmitri Peskov Rusiyaya dost olmayan ölkələrə ödənişin sadə yolunu da “başa salmışdı”: birjalarda rubl alıb idxalçının (...yəni “Qazprombank”ın) xüsusi rubl hesabına köçürmək.

...Burada çətin nə var ki, Peskov demiş, asan və sadə.

...Və bu gün, qazpulu yığmanın “zaqar” vaxtında məlum olub ki, Polşanın Rusiyadan aldığı qazın pulunu rus rubluyla ödəməməsi cəhən... üzr istəyirəm, bir yana, hələ bir Rusiyaya qarşı yeni məhdudiyyətlər də tətbiq edib (...sən bundakı cəsarətə bir bax). Özü də bu məhdudiyyətlər Rusiyanın ən böyük enerji şirkətləri olan “Qazprom” və “NOVATEK”ə şamildir. Maraqlıdır ki, bu hələ azmış kimi, məhdudiyyətlər siyahısına Rusiyanın mineral gübrə istehsalçısı olan “Akron” və daha 32 şirkət də daxil edilib.

...Mən deyirəm də, inanın ki, bu polyaklar, deyəsən “dava axtarırlar”. Bunlarınki bilirsiniz nəyə dönüb... o məsəl var ey, deyirlər... “şələni qoy, gəl dava edək”. İndi polyakların işi də dönüb buna: Rusiyaya qaz pulunu rublla ödəməmələri cəhən...lənət şeytana.., bir yana, hələ bir ruslara qarşı məhdudiyyətlər də qoyurlar.

Ağasəf Babayev

Digər xəbərlər