PDF Oxu

Dünya

  • 3 007

Hindistanın ABŞ-a qarşı “vəfasızlığı”...

Yeni Dehli Qərbin sanksiyalarını dəstəkləməyib və Rusiya ilə ticarətini milli valyutalarla artırıb

Hindistanın ABŞ-a qarşı “vəfasızlığı”...

Hindistanın Rusiyaya qarşı sanksiyaları dəstəkləməkdən imtina etməsi ABŞ-a “zərbə vurub”. Maraqlıdır ki, bu barədə “Asian Times” nəşrində yer alan məqalədə deyilir.

Hindistan Ukrayna böhranı ilə bağlı çoxdankı müttəfiqi Rusiyaya qarşı getməməklə ABŞ-ı təəccübləndirib. Qeyd olunur ki, Yeni Dehli Qərbin sanksiyalarını dəstəkləməyib və Rusiya ilə ticarətini milli valyutalarla artırıb.

SİA bu barədə rus saytlarına istinad edir.

Beləliklə, məqalə müəllifinin fikrincə, Vaşinqton bu ölkələr qarşısında öz inamını itirib. Nəyə görə? Əfqanıstanı alçaldıcı şəkildə tərk edib Mərkəzi Asiyanı qeyri-sabitlik yuvasına çevirdiyinə görə...

Amma Rusiya iğtişaşlarla mübarizə üçün Qazaxıstana “sülhməramlılar” göndərməklə regionda təhlükəsizliyin vacibliyini nümayiş elətdirdi.

Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çin, Hindistan, Braziliya və Meksikanın ABŞ fərmanlarına qulaq asmayaraq, Rusiya ilə əməkdaşlığa hazır olmağa davam edəcəklərini bildirmişdi.

Bu arada məlum olub ki, məhz Yeni Dehli mümkün qədər çox Rusiya nefti almağı planlaşdırır. Bunu “The Economic Times” yazır.

“Business Insider” nəşri isə Rusiyanın Çin və Hindistanın dəstəyi sayəsində Qərbin təzyiqini hiss etmədiyini bəyan edib.

Maraqlıdır ki, bu arada “Washington Post” 2040-cı ilə qədər Hindistan və Çinin ABŞ-ı əvəzləyəcəy barədə proqnoz verib.

Yeri gəlmişkən, məlum olduğu kimi, Avropa İttifaqı ölkələri, o cümlədən ABŞ, Kanada, Yaponiya və bir sıra digər dövlətlər Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyata görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq ediblər. Rusiya prezidenti Vladimir Putin sanksiyalara cavab olaraq martın 24-də qaz satışı ilə bağlı yeni qaydaları açıqlayıb. İndi Rusiya Federasiyası tərəfindən qeyri-dost kimi tanınan ölkələr onu yalnız rubla ala biləcəklər.

Bu arada Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi bu qərarın rusiyalıların 76 faizi tərəfindən dəstəkləndiyini bildirib. O da maraqlıdır ki, rəyi soruşulanların 27 faizi bu addımın rublun möhkəmlənməsinə səbəb olacağına inanır.

Ağasəf Babayev

Digər xəbərlər