PDF Oxu

Dünya

  • 2 458

Sabiqlərə yer eləyən əsas amil...

Sabiqlərə yer eləyən əsas amil...

İnanın ki, bu gün özünü siyasətçi sayıb İrəvan küçələrinə çıxan ermənilərin hərəsi bir şey deyir. Belə görünür ki, bunların məqsədləri kimi elə niyyətləri də fərqlidir. Bu gün Ermənistanda, deyilənə görə, Nikol Paşinyandan qurtulmaq istəyənlər çoxluq təşkil edirlər. Əslində bu çoxluğu bütün Ermənistana yox, sadəcə olaraq, təkcə İrəvana şamil etmək olar. Amma demək lazımdır ki, İrəvanın özündə də, bəziləri yürüşə qatılmağının məqsədini hələ də dərindən dərk etmir. Məhz bu mənada İrəvandakı mitinqdə verilən proqnozlar da müxtəlifdir. Buyurun, baxın...

“Ermənistanda müstəsna çətin vəziyyət yaranıb. Gərginlik artır, lakin onlar qeyri-adi gərginliklərdir və standart həll yolu görünmür”.

Deməli bunu erməni ekspert Vahe Hovannisyan yazır. Daha sonra o “öz tapıntısını” təqdim edərək bildirir ki, sən demə, bu gün Nikol artıq ölkədə onun sosial dayağının olmadığını başa düşməyə başlayıb və bu da onu çox qorxudur. Niyə? Çünki, yenə də sən demə, Nikolun xalqa verəcəyi bütün proqram və vədləri uğursuz olub.

...Amma, “təəssüflər olsun” ki, ölkənin bəzi əyalətlərində Nikola olan inam hələ də səngiməyib. Əslində bu problem yaratsa da, amma yenə də Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq olar. Bunu elə də böyük inamla olmasa da hər halda Vahe Hovannisyan deməyə məcbur olur?

...İrəvanda “artsax bayrağı” altında keçirilən etirazlar Paşinyanın Qərb tərəfdaşları ilə işləmək mövqeyini zəiflətməyə yönəlib. Bunu isə sosioloq Karen Sarkisyan deyir. Maraqlıdır ki, Karenə görə, bu gün İrəvanda küçələrə çıxan siyasi qüvvələrin məqsədi “artsax”ın təhlükəsizliyindən çox uzaqdır. Onun dediyindən belə başa düşülür ki, bu gün İrəvan küçələrinə çıxanların məqsədi hansısa konsepsiya yaratmaq və onu həyata keçirilmək filan deyil. Köhnə və darıxdırıcı şüarlar altında küçələrə çıxan bu adamlar Ermənistanda mövcud hakimiyyətin əsaslarını sarsıtmağa çalışırlar.

Karenin dediyindən belə başa düşülür ki, İrəvan küçələrinə çıxanlar hələ də Nikolu aşıra biləcəklərinə inamlı deyillər deyə, ona görə də onlar hələlik onun hakimiyyətinin əsaslarını sarsıtmağa girişiblər. Deməli, belə başa düşülür ki, Nikolu aşırmaq onların sonrakı planlarına daxildir.

Hə, deyim ki, bu da bir yenilik oldu.

...Əziz erməni qardaş-bacılarım, mən mübarizənin tempini bir az artırmağı təklif edirəm. Əslində bu belə lazımdır. Qoy, kənardan baxanlar da görsünlər ki, erməni xalqının “hisləri” ilə oynamaq olmaz. Yeri gəlmişkən, Ermənistanda hər hansı vətəndaş müharibəsinin baş verə biləcəyindən də ehtiyatlanmayın. Çünki hazırda mümkün vətəndaş müharibəsi perspektivi ciddi deyil. Bunu da politoloq Alen Qevondyan deyir. Necə deyərlər,..danışır, özü də əsil xalqına bələd olanın biri kimi...

Qeyd edim ki, bu gün İrəvan küçələrinə çıxanlara Baş nazir Nikol Paşinyanın “diqqət ayırmaması”, yəni sabiqlərin başladıqları bu hay-həşiri “eşidib-görməməsi” yaman yer eləyir.

Deyilənlərə görə, bu gün ölkədə bəzi müxalifətyönlü saytlar istisna olmaqla, qalan bütün nəşrlər olanlara rəğmən, demək olar ki, hər gün Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazırlıq, nümayəndə heyətlərinin tərkibinin formalaşması, telefon danışıqları və s. barədə xəbərlər yayırlar.

...Deyildiyi kimi, İrəvanda sabiqlərin təbliğatı ilə başlayan bu mitinqlər, əslində bu gün onların kı Ermənistanda aciz və güçsüzlüyünə dəlalət edir. Belə ki, onların İrəvan küçələrinə yığıb nümayiş etdirdikləri 100 və ya 150 nəfərlik erməninin dilindən “...baxın Nikola qarşı etimadsızlıq göz qabağındadır”-deməkləri ilə deyil axı...

Ağasəf Babayev

Digər xəbərlər