PDF Oxu

Dünya

  • 3 420

Hesab 7:0 Odessanın xeyrinədir...

Hesab 7:0 Odessanın xeyrinədir...

...Odessanın hava hücumundan müdafiəçiləri Rusiya hava hədəflərini vurmağı “çox yaxşı” bacarırlar.

SİA xəbər verir ki, bunu “RBK-Ukrayna” saytı yazır.

Saytın yazdığına görə, bu barədə Odessa Regional Hərbi Administrasiyasının spikeri Sergey Bratçuk milli telemarafonun efirində danışıb: “...Odessa hava hücumundan müdafiə sistemi çox yaxşı işləyir. Düşmən təyyarələrinə qarşı Odessanın xeyrinə 7:0 hesabımız var”. Bunu Bratçuk bildirib.

O, həmçinin aprelin 30-da axşam saatlarında rus qoşunlarının Odessa aerodromuna qanadlı raketlərlə hücum etdiyini də bildirib

Bratçukin dediyinə görə, hazırda aerodromun uçuş-enmə zolağı dağılıb deyə təyyarələri qəbul edə bilmirlər. Hazırda onu təmir etmək də mümkün deyil. Çünki xilasetmə əməliyyatı orada da işiçi davam etdirir.

Bratçuk rusların Krım ərazisindən Odessanı “Bastion” ballistik raket sistemindən, “Oniks” tipli raketlərdən istifadə edərək atəşə tutduqlarını da bildiri. Onun dediyinə görə, Rusiya Federasiyası əvvəllər Suriyanı atəşə tutarkən belə raketlərdən istifadə edib.

Ağasəf Babayev

Digər xəbərlər