ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Kiyevə, bir gün fərqlə aktrisa Ancelina Coli isə qərbdəki Lvova sürpriz səfərlər edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın səfəri zamanı Ukrayna ilə həmrəy olduğunu qeyd edən Pelosi əlavə yardımın yolda olduğu mesajını verib. “Biz ABŞ-a qayıdanda daha çox məlumatlı olacağıq və Ukraynaya kömək etmək üçün əlimizdən gələni etməyə hazır olacağıq”, - deyə Pelosi bildirib.
ABŞ-ın Ukraynaya dəstək verdiyini qeyd edən Zelenski göstərdiyi köməyə görə təşəkkür edib. Səfər ABŞ prezidenti Co Baydenin Konqresdən Ukraynaya 33 milyard dollar yardım tələb etməsindən sonra həyata keçirilib. Paketin 20 milyardı hərbi, qalanı isə iqtisadi və humanitar yardım üçündür.
Ötən gün Qərbi Lvov şəhəri dünya şöhrətli aktrisa Ancelina Colini qəbul edib. 2012-ci ildən Birləşmiş Millətlər Təşkilatının (BMT) xoşməramlı səfiri olan Coli Lvovdakı kafedə pərəstişkarları ilə fotolar çəkdirib. Ölkənin digər şəhərlərindən qaçaraq Lvova gələn müharibə qurbanları ilə görüşən Coli ötən ay Kramatorsk qatar stansiyasına raket hücumu nəticəsində yaralanan uşaqları müalicə aldıqları xəstəxanada ziyarət edib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...