PDF Oxu

Dünya

  • 4 529

Yeni Zelandiya Rusiyaya sanksiya tətbiq edib

Yeni Zelandiya Rusiyaya sanksiya tətbiq edib

Yeni Zelandiya Rusiya Federasiya Şurasının 170 üzvünə və 18 maliyyə qurumuna sanksiya tətbiq edib. SİA xəbər verir ki, bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Nanaiya Maxuta məlumat verib.

“Yeni Zelandiya Rusiya Prezidenti Vladimir Putin, ölkə siyasətçiləri və müdafiə strukturlarının Ukraynadakı fəaliyyətini dəstəkləyənlərə yeni sanksiyalar elan edir. Bununla biz işğala görə cavabdeh olanların məsuliyyət daşıyacağını təqib etdiyimizi göstəririk”, - nazir vurğulayıb.

Məlumata görə, sanksiya siyahısına Rusiyanın Mərkəzi Bankı, Milli Rifah Fondu, “Alfa-bank”, “Rossiya” bankı, Qara Dəniz İnkişaf və Yenidənqurma Bankı, Moskva Kredit Bankı, “Qazprombank”, “Sberbank”, “Sovkombank”, “Novikombank”, “Rosselxozbank”, Rusiya Kommersiya Bankı (Krımda yerləşən), “Venşekonombank” və VTB düşüb.

Digər xəbərlər