PDF Oxu

Dünya

  • 2 913

Çində səma qırmızıya boyanıb

Çində səma qırmızıya boyanıb

Çinin Zhejiang əyalətinin Çjouşan şəhərində səma qırmızıya çevrilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qısa müddətdə sosial mediada yayılan görüntülərə gözlənilən izahat gəlib. Ölkənin Zhejiang əyalətindəki şəhərin sakinləri səmaya baxdıqda qısa müddətə məəttəl qalıblar. Çünki səmanın rəngi qırmızı və narıncı tonlarda idi. Şəhər sakinlərinin telefonları ilə lentə aldığı bu anlar sosial mediada sürətlə yayılıb.
Zhoushan Meteorologiya Bürosunun əməkdaşları Çjouşanda hava dumanlı və buludlu olduğu üçün qırmızı səmanın aşağı səviyyəli buludlardan gələn işığın əks olunması ilə bağlı ola biləcəyini açıqlayıb.

Digər xəbərlər