Polşanın baş naziri Mateuş Moravetski Rusiya prezidenti Vladimir Putinin Adolf Hitler və İosif Stalindən daha təhlükəli olduğunu deyib.
SİA-nın əldə etdiyi məlumata görə, İngiltәrәnin ‘‘Daily Telegraph’’ qəzetinə müsahibә verәn Polşa Baş naziri Rusiya lideri Putinin dəhşətli ideologiyası ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
"Putin nə Hitler, nə də Stalindir. Təəssüf ki, o, daha təhlükəlidir. Putin tәbliğat aparmaq üçün mediadan istifadә edir’’,-deyә Mateuş Moravetski qeyd edib.
Vladimir Putinin "Russkiy Mir" ideologiyasının bütün Avropa üçün ölümcül təhlükə yaratdığını deyən Moravetski beynəlxalq ictimaiyyəti fevralın 24-dən Rusiyanın hücumu altında olan Ukraynanın azad edilməsinə dərhal diqqət yetirməyə çağırıb.
Polşanın baş naziri həmçinin Ukraynanın müttəfiqlərini hərbi dəstək verməkdən daha çox şey etməyə dəvət edib.
Abidə həqiqətən də hərbi bir qurğuya çevriləcək...
Portnikov Putinin Ukrayna müharibəsi üçün əsl məqsədlərini açıqladı...
Faylların bəziləri "məxfi" və "tam məxfi" kimi təsnif edilib...
Və xalq hər şeylə razılaşacaq...
Zelenski əsir götürülmüş Şimali Koreyalıları... düşmənləri Cənubi Koreyaya təhvil verib..?
Saxtakar parlament seçkiləri müharibənin davam etməsi üçün bəhanə yaradır...
Süni intellekt ətrafında müzakirələr qızışır
Gənc kişilərə “film layihəsi”ndə rollar təklif olunur...
ABŞ yeni hərbi obyektlər alacaq və adanın statusu eyni qalacaq...
Hətta Ayətullahın belə qırğını dayandırmaq üçün cəsarəti var idi...