“...Yaponiya və Avropa İttifaqı Ukraynadakı vəziyyət və Rusiya Federasiyasının xüsusi hərbi əməliyyat keçirməsi ilə əlaqədar sanksiyaların köməyi ilə Moskvaya təzyiq göstərməyə davam edəcək”.Qeyd edək ki, bunu Yaponiyanın baş naziri Fumio Kişidanın bəyanatından sonra TASS yayımlayıb.SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu günlərdə Yaponiya Nazirlər Kabinetinin rəhbəri Tokioda Avropa Birliyi liderləri ilə sammit keçirib.“Biz Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi və Ukraynaya dəstəyi gücləndirmək üçün birgə işi davam etdirməyin zəruriliyini bir daha təsdiqlədik”, -bunu baş nazir Fumio Kişida bildirib.O qeyd edib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə danışıqlar zamanı tərəflər ikitərəfli əlaqələri, Hind-Sakit Okean regionunda vəziyyəti, rəqəmsal sahədə əməkdaşlığın gücləndirilməsini və digər məsələləri də müzakirə ediblər.Yeri gəlmişkən bu yaxınlarda Yaponiya hakimiyyəti Rusiyadan olan 133 şəxsə və 70 təşkilata qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Məhdudiyyət Rusiyanın baş naziri Mixail Mişustinə də tətbiq edilib. Bundan əlavə, siyahıda Rusiyanın “Almaz-Antey” şirkəti və Taktik Raket Korporasiyası da var idi.
Ağasəf Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...